Sensasion iddia: Donnarumma “düşmən cəbhəsi”nə keçir
PSJ-nin qapıçısı Canluici Donnarumma İtaliya “İnter”inə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya millisinin qapıçısı sabiq baş məşqçisi Canluka Spinelli klubun strukturunda çalışdığı üçün “İnter”in təklifi ilə razılaşa bilər. “İnter”in cari mövsümün sonunda Canluici Donnarumma ilə danışıqlara başlaya biləcəyi bildirilir.
Xatırladaq ki, Donnarumma əvvəllər “İnter”in əsas rəqibi olan “Milan”da çıxış edib. Bu mövsüm Canluici bütün turnirlərdə PSJ-nin heyətində 31 oyun keçirib, 29 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Futbolçunun müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” internet portalında verilən məlumata görə, 26 yaşlı futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
