Qvardiola öz rekordunu yenilədi, əfsanələrə yaxınlaşdı
Pep Qvardiola Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlarına seriyasını daha birini əlavə edib.
Aut.az xəbər verir ki, buna onun rəhbərlik etdiyi “Mançester Siti”nin Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda “Yanq Boyz”a qalib gəlməklə (3:0) nail olub. Qvardiola turnirdə ardıcıl 17 oyundur ki, məğlub olmur.
Mütəxəssis “Barselona”dakı rekordunu üstələyib. O, Kataloniya təmsilçisinə rəhbərlik etdiyi dönəmdə ardıcıl 16 oyunda məğlub olmayıb.
Hazırda yalnız üç məşqçi Qvardioladan daha yaxşı göstəriciyə malikdir – Lui van Qaal, Ottmar Hitsfeld (ard-arda 19 oyun) və Aleks Ferqyuson (25 oyun).
