Yayı yarıtmayıblar, hələ qışı da istəyirlər
Fransa 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Aut.az xəbər verir ki, ölkənin Milli Olimpiya Komitəsi (MOK) 2030-cu il Qış Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsinə ərizə təqdim edib .
Oyunların Fransanın iki şəhərindı keçiriləcəyi güman edilir: Overn-Rona-Alp və Provans-Alp-Koo de Azur.
ABŞ, İsveç və İsveçrə də 2030-cu il Oyunlarına ev sahibliyi etməyə iddialıdır.
Qeyd edək ki, Fransa 2024-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Olimpiadanın başlmasına 1 ildən artıq vaxt qalsa da, təşkilatçılıqla bağlı ciddi problemlər var.
