Azar karyerasını bitirdi: Özünü dinləyib…
“Çelsi”nin keçmiş vingeri Eden Azar karyerasını bitirdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə sosial şəbəkələrdə yazıb: “Özünü dinləyib, vaxtında “dur” deməyi bacarmalısan”.
Azar karyerasına vətənində, Belçikada başlayıb, bundan sonra 2005-ci ildə “Lill” sisteminə keçib. 2012-ci ildə “Çelsi” onu alıb və 7 mövsüm sonra 115 milyon avroya “Real”a satıb.
Azar iki dəfə İngiltərə və İspaniya çempionu, bir dəfə Fransa çempionu olub, Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Çempionatının qalibi olub. Onun Belçika millisində 126 oyunda 33 qolu var.
Aut.az
