İspaniya

Bu uşağa göz dəydi

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsindən ayrılıb.

Aut.az xəbər verir ki, 16 yaşlı futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda “matadorlar”a kömək edə bilməyəcək. Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Millinin düşərgəsində tibbi yoxlanışdan keçilən Laminin matçlarda iştirak etmək üçün yaxşı fiziki vəziyyətdə olmadığı məlum olub. Tez sağalması və “Barsa”nın oyunlarına hazıra olması üçün ona istirhət və müalicə proqramı tərtib edilib.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şotlandiyanı qəbul edəcək. Priney təmsilçisi 3 gün sonra Norveçin qonağı olacaq.