FİFA Rusiyanı DÇ-yə buraxır?
FİFA Rusiyanın beynəlxalq arenada tam qadağasını yumşaltmaq imkanını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bildirilir ki, Rusiya yeniyetmələri seçmə mərhələləri uğurla keçərsə, Beynəlxalq Futbol Federasiyası Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandasına dünya çempionatında iştirak etməyə icazə verə bilər.
Xatırladaq ki, UEFA bundan əvvəl Rusiyanın gənclərdən ibarət komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə vermişdi. Bu qərarı Avropa futbol rəsmiləri “uşaqların böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımaması” ilə əsaslandırıblar.
Eyni zamanda, dünyada baş verən siyasi gərginlik səbəbindən Rusiyanın böyüklərdən ibarət klubları və milli komandaları FİFA və UEFA- nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb. Oxşar vəziyyət digər idman növlərində, xüsusən də komanda idman növlərində müşahidə olunur.
Aut.az
