Dünya futbolu

Ukrayna millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb.

Aut.az xəbər verir ki, Aleksandr Petrakov istefa ərizəsini futbol vederasiyasına təqdim edib.

Bu barədə UFF-nın mətbuat xidməti məlumat yayıb. Ayrılığın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda pley-offda Uelə uduzaraq DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.