Messi yenə zədələndi
Bu gecə MLS-də növbəti görüşlər keçirilib.
Aut.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” növbəti görüşünü keçirib. Komanda “Toronto” ilə qarşılaşıb.
Oyun Mayami təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messi bu görüşdə cəmi 37 dəqiqə iştirak edib.
Zədədən yeni qayıdan futbolçu eyni səbəbdən oyunu 37-ci dəqiqədə tərk edib. Ulduz futbolçunun məyusluğu diqqətdən yayınmayıb.
