Dünya futbolu

Hazırlıq başladı: Neymarın keçidi bu tarixdə elan ediləcək

 “Santos” 32 yaşlı hücumçu Neymarla yanvarın sonuna qədər müqavilə imzalamaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Ge.Globo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Braziliya klubu artıq təchizatçı ilə Neymarın adı olan köynəklərin hazırlanmasının vacibliyini müzakirə edib. Bundan əlavə, “Santos” rəhbərliyi ulduz futbolçunun gəlişi üçün yeni sponsorlar cəlb etməyə çalışır.

Braziliya klubunun Neymarla əmək müqaviləsinin 2026-cı ilin iyununa qədər qüvvədə olacağı vurğulanır. “Santos”un futbolçusu olmaq üçün hücumçunun “Əl-Hilal”la müqaviləsinə xitam verməsi lazımdır. Səudiyyə klubu Neymarın 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə görə borclu olduğu 65 milyon dollardan imtina etməsini istəyir.

Neymar “Santos”un yetirməsidir. O, omandada 225 oyun keçirib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.

Aut.az