Ekstremistlər hakimiyyətin qapısındadır: Mbappe xalqa çağırış etdi
Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe ölkədə keçiriləcək növbədənkənar seçkilərdən danışıb.
Yada salaq ki, iyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçki prosesi fonunda Milli Assambleyanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq.
“Ölkəmizin tarixində həlledici məqamdayıq. Avropa çempionatı bizim karyeramız üçün vacibdir, lakin biz vətəndaşıq və ölkəmizdə baş verənlərdən əlaqəmiz kəsilmir. Biz görünməmiş bir vəziyyətdəyik və ölkəmiz üçün vacib bir zamandayıq. Biz tarix yaza bilən nəsillərik.
Ekstremistlər hakimiyyətin qapısındadır, ölkəmizin gələcəyini seçmək imkanımız var. Mən bütün gəncləri səs verməyə çağırıram ki, vəziyyətin ciddiliyini dərk etsinlər. İnşallah səsim hamıya çatar.
Kilian ekstremistlərə, xalqı parçalayanlara qarşı çıxır. İyulun 7-də bu formanı geyinməklə fəxr etmək istəyirəm . Biz bunu gizlətməməliyik. Deyirlər, siyasətlə futbolu qarışdırmaq olmaz. Mən parçalanmanın əleyhinəyəm”, – “Madrid Universal” Mbappenin sözlərindən sitat gətirib.
Aut.az
