Dünya futbolu

Rusiya millisi yoldaşlıq görüşü keçirdi

Rusiya millisi Kamerunla yoldaşlıq görüşü keçirib.

Aut.az xəbər verir ki, Moskvada keçirilən görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 40-cı dəqiqədə Fedor Çalov vurub.

Rusiya millisi növbəti yoldaşlıq görüşünü oktyabrın 16-da Keniyaya qarşı keçirəcək.