Səudiyyə Ərəbistanı onu necə təəccübləndirib?
İngiltərə və İtaliyadakı çıxışları ilə tanınan seneqallı müdafiəçi Xalidou Kulibali Səudiyyə Ərəbistanındakı həyatından danışıb.
Aut.az xəbər verir ki, o, bu ölkədə xoş təəccübləndiyini etiraf edib:
“Ölkə məni müsbət mənada çox təəccübləndirdi. Həm də yaşadığım şəhər. Burada yaşamaq çox xoşdur. Əlbəttə ki, Londonla müqayisədə qat-qat istidir. Amma mən bu havaya öyrəşmişəm. İnsanlar bir-birlərinə böyük hörmətlə yanaşırlar. Şəxsi həyat da toxunulmazdır. Mən burada özümü əla hiss edirəm”.
Qeyd edək ki, Seneqal millisinin kapitanı bu ilin yayında “Çelsi”dən “Əl-Hilal”a transfer olunub.
