“Liverpul” Kloppu çempionluq paradına dəvət etdi: Görün nə təklif ediblər
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp mayda İngiltərəyə qayıdacaq.
Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis qala gecəsinə məruzəçi kimi dəvət olunub.
57 yaşlı çalışdırıcı son turda sabiq komandasının matçına qonağ kimi təşrif buyuracaq. Kloppun sabiq yetirmələri həmin gün “Enfild”də “Kristal Pelas”la qarşılaşacaq.
Bundan əlavə, Kloppa şəhər ətrafında keçirilməsi planlaşdırılan çempioluq paradı zamanı avtobusa minmək təklif edilib:
“Mən may ayında mütləq “Liverpul”da olacağam, amma avtobusda olmağımla bağlı hələ ki, məlumatım yoxdur. Bu, əla ideyadır, amma əvvəlcə İngiltərəyə gəlməliyəm. Sonra hər şey həll olunacaq. Komandanın son oyununda olacam”, – deyə Klopp bildirib.
73 xal toplayan mersisaydlılar Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Liverpul” sona 7 tur qalmış ən yaxın izləyicisi “Arsenal”ı 11 xal qabaqlayır.
Aut.az
