İngiltərəİspaniya

“Barsa”nın istedadı “Siti”dən təklif aldı: Bu cavabı verdi

“Barselona”nın müdafiəçisi Aleks Balde “Mançester Siti”dən təklif alıb.

Aut.az xəbər verir ki, təklifin kifayət qədər sanballı olduğu bildirilir. Lakin oyunçu tərəddüd etmədən bunu rədd edib.

İddialara görə, Balde “Barsa” ilə yeni müqavilə imzalamaq istəyir. 19 yaşlı Balde əvvəlki mövsümdə “Barselona”nın əsas heyətində oynayıb. O, bu yay “Barsa”dan ayrılan veteran Jordi Albanı start heyətindən kənarlaşdırıb.

Aleks Baldenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Aut.az