İtaliyaİngiltərə

“Nyukasl” “qumarbaz”a görə “Milan”ı hədələdi

“Nyukasl” klubu Sandro Tonalinin qeyri-qanuni mərclər ucbatından qaçılmaz diskvalifikasiyasına görə “Milan”ı məhkəməyə verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Sandro Tonalinin təqsirli bilinməsi ilə bağlı qərar öz məzmununa görə demək olar ki, müəyyəndir. Bununla belə, “Nyukasl”ın barışdırıcı münasibətdən uzaq olması səbəbindən qərar bir qədər ləngiyib. İngilislər İtaliya millisinin oyunçusuna qadağa qüvvəyə minərsə, “Milan”ı bir neçə milyon avroluq iddia ilə hədələyiblər.

İngiltərə klubunun rəhbərliyi cəzalı olduğu müddətdə yarımmüdafiəçinin maaşını da ödəməyəcək ki, bu da mövsümdə təxminən 8 milyon avro təşkil edir.

Aut.az