Azərbaycan futbolu

Konqolu forvardın arzusu: “Qarabağ”a qol vurmaq istəyirəm

““Qarabağ”la oyunda qol vurmağı çox istəyirəm. İnanıram ki, onları büdrədəcəyik”.

Bu sözləri Aut.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Elvis Maşike Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “köhlən atlar”la gözlənilən oyunu dəyərləndirərkən deyib.

Konqolu forvard “Qarabağ”ın həftəiçi Avropa Liqasında keçirəcəyi “Bayer”lə oyunda yorulacağını düşünür:

Konqolu forvardın arzusu: "Qarabağ"a qol vurmaq istəyirəm

““Qarabağ”la matç bizim üçün çətin keçəcək. Onlar Avropa Liqasında oynayırlar. “Bayer”lə ağır oyundan sonra bizimlə qarşılaşacaqlar. Amma biz həftəboyu “Qarabağ”la oyuna hazırlaşacağıq. Ola bilsin ki, komandamızla görüşdə bu məqama görə çətinlik çəksinlər. Çünki çox oyun keçirirlər və yorulurlar. Bu fürsətdən yararlanmaq istəyirik”.

Qeyd edək ki, “Araz Naxçıvan – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adın Respublika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da veriləcək.

Aut.az