MY nəhənglərlə yarışır: 70 milyonluq müdafiəçi üçün
“Mançester Yunayted” “Bornmut” və Qana millisinin sol cinah müdafiəçisi Antuan Semenyo uğrunda mübarizədə favoritdir.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Qeyd olunur ki, “.mankunianlar”ın baş məşqçisi Ruben Amorim 25 yaşlı futbolçunun böyük pərəstişkarıdır. Onu israrla komandasında görmək istəyir. “Mançester Siti”, “Çelsi”, “Liverpul” və “Tottenhem” də Antuanla maraqlanır.
“Bornmut”un Semenyonu təxminən 70 milyon funt-sterlinqə buraxmağa hazır olacağı gözlənilir.
Qanalı futbolçunun “albalılar”la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün turnirlərdə 36 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
