İspaniya

“Barsa”da Messiyə kömək etmiş futbolçular: Adlarını bir-bir çəkdi

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunda keçirdiyi ilk matçlardan danışıb.

Aut.az xəbər verir ki, Messi bu barədə “Simplemente Futbol”a açıqlamasında danışıb:

“Mən həmişə deyirəm ki, ilk girdiyim paltardəyişmə otağı müstəsna idi. Hər kəsdən aldığım qəbula görə çox minnətdaram: Ronaldinyo, Deko, Silvinyo, həmçinin Xavi, İnyesta və Puyol.

Böyük adlar var idi və komanda inanılmaz idi. Uzun illərdən sonra ilk dəfə Çempionlar Liqasının qalibi olduq. Raykardın mənə güvənməsi və məni komandanın bir hissəsi etməsi çox gözəl idi. Mən çox zövq aldım”.

Xatırladaq ki, argentinalı Kataloniya klubunda debütünü 2003-cü il noyabrın 16-da “Portu” ilə yoldaşlıq oyununda edib.

Aut.az