İspaniya

“Barselona”dan klub tarixinin rekordu: “Real”a çata biləcəklər?

Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda “Barselona” doğma meydanda PSJ-yə məğlub olub – 1:2.

Aut.az xəbər verir ki, buna rəğmən İspaniya nəhəngi rekorda imza atıb. “Barsa” klub tarixində ilk dəfə ardıcıl 45 rəsmi matçda qol vurmağı bacarıb. “024-cü il dekabrın 15-də “Leqanes”ə 0:1 hesabı ilə uduzduqdan sonra kataloniyalılar meydanı qolsuz tərk etməyiblər.

İspaniya futbolunun rekordu isə “Real”a məxsusdur. Zinəddin Zidanın rəhbərliyi altında komanda 2016–2017-ci illər arasında ardıcıl 73 oyunda qol vurub.

Aut.az