Vinisius intizam qaydalarını pozdu
“Real”ın futbolçusu Vinisius Junior komanda daxilində intizam qaydasını pozub.
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Mənbəyə görə, braziliyalı forvard məşqə bir neçə dəqiqə gecikib. Məşqə gecikən digər futbolçu isə müdafiəçi Antonio Rüdiger olub. Onlarla bağlı hansı tədbirin görüldüyü məlum deyil.
Madrid klubu hazırda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Benfika” ilə qarşılaşmaya hazırlaşır. Görüş fevralın 25-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandaların ötən həftə keçirilən ilk qarşılaşmasında Alvaro Arbeloanın rəhbərlik etdiyi Madrid təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Aut.az
