İspaniya

Məsələyə feministlər qarışdısa…

Feministlər Madriddə Luis Rubialesə qarşı mitinq keçiriblər.

Aut.az xəbər verir ki, 8M feminist hərəkatının təşkil etdiyi aksiyanın iştirakçıları İspaniya Kral Futbol Federasiyasının prezidentini Cennifer Hermosu öpdüyü üçün qınayıblar.

Mitinq “Cenni, bacı, səninləyək”, “Razılıq yoxdursa, deməli, bu aqressiyadır”, “İdmana cinsi zorakılıqdan azadlıq” şüarları ilə müşayiət olunub və plakatlardan birində Rubialesin ömürlük cəzalanması tələb edilib.

Tədbirdə rəsmi şəxslər – bərabərlik naziri İrene Montero və İspaniyanın təhsil naziri Pilar Aleqria da iştirak ediblər.

Aut.az