İspaniya

Onlar satılsa, “Real” 40 milyon qazanacaq

“Real” akademiyasının yetirmələri olan Takefusa Kubo və Migel Qutyerresin mümkün transferlərindən təxminən 40 milyon avro gəlir əldə edə bilər.

Aut.az xəbər veirr ki, Bu barədə “Real Madrid Confidencial” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubuna hər iki futbolçunun transfer hüquqlarının 50 faizi məxsusdur.

24 yaşlı yapon yarımmüdafiəçi Takefusa Kuboya Premyer Liqa klubları maraq göstərir. O, 2024/25 mövsümündə “Real Sosyedad”ın heyətində bütün turnirlərdə 52 oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

23 yaşlı ispan müdafiəçi Migel Qutyerres isə “Yuventus”un maraq dairəsindədir. O, “Jirona”nın heyətində başa çatan mövsümdə 36 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 25 milyon avro kimi göstərilir.

Aut.az