“Atletiko” veteran üçün yeni müqavilə hazırlayır
“Atletiko Madrid”, müqaviləsi bu mövsümün sonunda başa çatacaq belçikalı Aksel Vitsel üçün yeni müqavilə hazırlayır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Onların məlumatına görə, 35 yaşlı veteranla yeni müqavilə daha bir il – 2025-ci ilin yayına qədər davam edəcək. Tərəflər hələ əl sıxmayıb, lakin danışıqlar məhsuldar şəkildə gedir.
Vitsel 2022-ci ilin yayından “Atletiko Madrid”də çıxış edir. Bu mövsüm o, “Atletiko”nun heyətində bütün turnirlərdə 47 matçda 2 qol vurub.
Aut.az
