İspaniya

“Real”ın son dəqiqədə vurduğu qola Cokoviçdən reaksiya – VİDEO

İnternetdə serb tennisçi Novak Cokoviçin İspaniya çempionatının 32-ci turunda “Atletik”lə ev oyununda (1:0) “Real Madrid”in qələbə qoluna reaksiyası yayılıb.

Aut.az xəbər verir ki, 24 qat Böyük Dəbilqə qalibi və Olimpiya çempionu oyunu “Santyaqo Bernabeu”da tribunadan izləyib. Matçın son dəqiqələrində Federiko Valverdenin vurduğu qoldan sonra 37 yaşlı serb emosional şəkildə  yerindən sıçrayıb.