İspaniya

Klub təklif göndərib, o isə…

“Barselona” baş məşqçisi Xavi ilə müqaviləni uzadacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Onun fikrincə, bu, yalnız zaman məsələsidir.

Mənbənin sözlərinə görə, “”Barsa” 43 yaşlı mütəxəssis üçün təklif hazırlayıb, lakin o, hələ də bütün diqqətini cari mövsümdə La Liqada titul qazanmağa yönəldib.

Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Xavi 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir. Onun rəhbərliyi altında klub 2023-cü ilin yanvarında İspaniya Superkubokunu qazanıb.

Aut.az