İspaniya

La Liqada mövsümün ən yaxşısı o seçildi – FOTO

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem 2023/2024 mövsümü üçün La Liqanın ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

İspaniya Primerasının bu mövsümündə 20 yaşlı futbolçu 28 matçda iştirak edib, 19 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ümumilikdə, bu mövsüm hücumameyilli yarımmüdafiəçi bütün yarışlarda 41 oyun keçirib, 23 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

La Liqada mövsümün ən yaxşısı o seçildi - FOTO