İspaniya

İspaniya çempionatının ən yaxşı gənc futbolçusu – FOTO

“Barselona”nın 16 yaşlı vingeri Lamin Yamal 2023/2024 mövsümünün nəticələrinə əsasən İspaniya Primerasının ən yaxşı gənc futbolçusu seçilib.

Aut.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının ən yaxşı gənc futbolçusu - FOTO

Bu La Liqa mövsümündə Yamal 37 matçda iştirak edib, o, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ümumilikdə, bu mövsüm ispaniyalı futbolçu bütün yarışlarda 50 oyun keçirib, o, 7 qol vurub və on məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az