İspaniya

Vinisius Junior karyerasında ilk “qırmızı”nı belə aldı: Rəqib qapıçını vurmaqla – VİDEO

“Real”ın futbolçusu Vinisius La Liqada “Valensiya” ilə matçın qırmızı vərəqə alıb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu 79-cu dəqiqədə “Valensiya”nın qapıçısı Stole Dimitrievskini itələdiyi üçün meydandan qovulub. Hakim videotəkrarına baxdıqdan sonra qərar qəbul edib. Vinisius bu qərarı emosional şəkildə qarşılayıb. Onun üçün bu, La Liqa karyerasında ilk “qırmızı” olub.

Oyundan sonra Braziliya millisinun üzvü sosial şəbəkə hesablında üzür istəyib: “Bağışlayın və təşəkkür edirəm, komanda!!!” – deyə o, qısa şəkildə yazıb.

Aut.az