İspaniya

Mbappe çətin durumda: Benzema işə qarışdı

“Real Madrid”in keçmiş hücumçusu Kərim Benzema Kilian Mbappeyə məsləhət verib.

Aut.az xəbər verir ki, Benzemanın sözlərini “Madrid Zone” sitat gətirib.

“Kiliana nə məsləhət verərdim? Təslim olma! O, doqquz nömrə kimi oynamaq məcburiyyətində qalacağını beyninə daxil etməlidir. Çox dəyişməlidir. Kilian sol cinahda çox yaxşıdır, amma indi o, başqa mövqedə də yaxşı olmalıdır”, – Benzema deyib

Mbappe 2024-cü ilin yayında “Real”a keçib. Madrid klubunun tərkibində Kilian bütün turnirlərdə 14 oyun keçirib, səkkiz qol vurub və iki məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Aut.az