“Liverpul”un sabiq hücumçusu görün neçənci liqada oynayacaq
“Liverpul”un və İngiltərə yığmasının sabiq hücumçusu Endi Kerroll “Bordo” ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrində məlumat verilib.
35 yaşlı futbolçu bütün karyerasını İngiltərədə, vətənində keçirib və 2023-cü ilin yayında Fransaya köçərək “Amiens” komandasına qoşulub. Klubda keçirdiyi 35 oyunda 4 qol vurub.
Kerrol “Liverpul”, “Vest Hem”, “Nyukasl”, “Redinq”, “Vest Hem”, “Vest Brom” və “Preston”da çıxışları ilə tanınır. Onun İngiltərə millisində 9 oyunda 2 qolu var.
“Bordo” altıqat Fransa çempionudur. İflas səbəbindən klub yeni mövsümə dördüncü liqada başlayacaq.
Aut.az
