İngiltərə

Venger “Arsenal”ın çempion olacağına inanır?

Məşhur məşqçi Arsen Venger n “Arsenal”ın 2025/26 mövsümündə Premyer Liqa titulunu qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, onun sözləri “Goal” tərəfindən sitat gətirilib.

“Topçular”ın keçmiş baş məşqçisi Mikel Artetanın komandasının liqa titul uğrunda mübarizəni davam etdirəcəyinə inanır.

“Arsenal”ın çempionluğu qazanacağına inanıram. Buna dərindən inanıram. Mənim üçün bu, olduqca məntiqli görünür. Ebereçi Eze, Martin Edeqor, Kay Haverts və Noni Maduekedən ibarət hücum xəttini bəyənirəm. “Mançester Siti” son mərhələni səhv etmədən keçə bilməyəcək”, – Venger deyib.

Qeyd etmək lazımdır ki, “topçular” sonuncu dəfə Premyer Liqanı 2003/04 mövsümündə qazanıblar. Venger 1996-cı ildən 2018-ci ilə qədər “Arsenal”a rəhbərlik edib və klubla üç liqa titulu, yeddi FA Kuboku və yeddi Superkubok qazanıb.

Aut.az