Dünya futboluİngiltərə

Liqa 1-dən müştərisi var

“Mançester Yunayted”in 28 yaşlı ingilis hücumçusu Markus Reşford “Marsel”dən təklif ala bilər.

Aut.az xəbər verir ki, “L’Equipe”nin məlumatına görə, Liqa 1 təmsilçisi futbolçunu icarəyə götürmək istəyir.

Reşford özü bildirib ki, “qırmızı şeytanlar”da qalmaq istəyir, lakin komandanın baş məşqçisi Ruben Amorim futbolçu ilə hesablaşmırsa, o zaman Markus onunla maraqlanan “Barselona”ya üstünlük verir.

Markus sonuncu dəfə dekabrın 12-də meydana çıxıb. “Qırmızı-ağlar”ın baş məşqçisinin sözlərinə görə, futbolçunun fiziki forması zəifdir.

Aut.az