Onun gedişindən sonra daha güclü olduq – Enrike kimi deyir?
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin ötən yay “Real Madrid”ə getməsinin Paris komandası üçün faydalı olduğu barədə fikirlərini bildirib.
“Keçən mövsüm komandamızın Mbappenin gedişi ilə hücumda və müdafiədə daha yaxşı olacağını deyəndə çox cəsarətli diim.
Mən hələ də hər iki sahədə təkmilləşdiyimizi düşünürəm, rəqəmlər bunu göstərir. Futbolçular bunu bir çağırış kimi qəbul etdilər. Əlbəttə ki, Kilianı saxlamaq istərdik, çünki hamı onu sevirdi, lakin komanda onun gedişinə heyrətamiz şəkildə reaksiya verir.
Sizə dedim ki, 40 qol vuran futbolçunun yerinə bütün oyunçuların çox qol vurmasını istədim. Qaçmaq istəmədiyimiz, lakin baş verən bir vəziyyətlə üzləşən komanda əsl yetkinlik nümayiş etdirdi”, – Enrike deyib.
Aut.az
