Dünya futbolu

Məşhur klub bütün futbolçularını satışa çıxardı

Fransa Liqa 1-də çıxış edən “Lion” demək olar ki, komandasının bütün futbolçularını transferə çıxarıb.

Aut.az xəbər verir ki, bu barədə “L’équipe” məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa klublarının maliyyə məsələlərinə nəzarət edən qurum yay transfer pəncərəsinin sonuna qədər futbolçuların satışından ən azı 100 milyon avro əldə etmək şərti ilə “Lion”u akkreditasiya edib. Bu günə qədər “Lion” 24 milyon avro dəyərində oyunçu satıb.

Vurğulanır ki, Fransa klubu futbolçu satışından tələb olunan məbləği toplaya bilməsə, xalları çıxıla bilər.

Fransa çempionatının son mövsümünün yekununda “Lion” 53 xal toplayaraq altıncı yeri tutub. Liqa 1-in bu mövsümünün 1-ci turunda Fransa klubu səfərdə “Renn”ə 0:3 hesabı ilə uduzub.

Aut.az