Dünya futbolu

KDÇ-nin sonuncu iştirakçısı da bəlli oldu

Dekabrın 1-ə keçən gecə Libertadores Kubokunun finalı baş tutub.

Aut.az xəbər verir ki, “Botafoqo” “Atletiko Mineyro”ya 3:1 hesabı ilə qalib gəlib.

“Botafoqo” tarixində ilk dəfə Libertadores kubokunu qazanıb.

Beləliklə, “Botafoqo” 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da yenilənmiş formatda keçiriləcək Klublararası Dünya Çempionatının sonuncu iştirakçısı olub. Turnirdə ilk dəfə 32 klub iştirak edəcək.

Aut.az