Dünya futbolu

80 milyondan imtina etdi: Məqsədi nədir?

Kilian Mbappe PSJ ilə hazırkı müqaviləsinə əsasən qazanmalı olduğu 80 milyon avro mükafatı almayacaq.

Aut.az xəbər verir ki, bu qərarın təşəbbüskarı futbolçunun özü olub. Bu barədə “RMC Sport” məlumat yayıb.

Mbappe bonuslardan imtina etməklə pula önəm vermədiyini göstərmək istəyir. Kilian bu addımıyla başqa kluba gedəcəyi halda, PSJ-nin pul iitirməyəcəyinə əminlik yaratmaq istəyir.

Mənbə qeyd edir ki, indi Mbappenin taleyi yalnız özündən asılıdır. Fransa millisinin kapitanının PSJ ilə müqaviləsi bu mövsümün sonuna kimidir. Hazırda “Real” 24 yaşlı fransızı transfer etmək üçün favorit hesab edilsə də, “Bayern”ə keçidi istisna edilmir.

Aut.az