Dünya futbolu

Neymar “Qızıl top”un qalibinə “ilişdi” – FOTO

İngiltərənin “Mançester Siti” klubunun ispan yarımmüdafiəçisi və 2024-cü ilin “Qızıl top”un qalibi Rodri “Real Madrid”in braziliyalı cinah oyunçusu Vinisius Junior haqqında danışıb:

“Düşünürəm ki, Vini ağıllı oğlandır və zaman keçdikcə anlayacaq ki, meydana nə qədər çox diqqət yetirsə, başqalarının gözünə bir o qədər yaxşı baxacaq. Hamı kimi onun da meydanda və meydandan kənarda təkmilləşmək üçün yeri var. Əminəm ki, insanlar Vinisiusa yaxşı məsləhətlər verəcəklər, xüsusən də o, “Real”da oynadığı üçün. Bu, dəyərlərə malik klubdur”.

Bununla belə, başqa bir braziliyalı, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar ispaniyalının fikrini bəyənməyib, bunu “İnstagram”da müvafiq yazının altındakı şərh də sübut edir:

“İndi o, danışan adama çevrilib”.

Neymar “Qızıl top”un qalibinə “ilişdi” – FOTO