Trampdan şok təklif: İnfantinonu BMT-yə göndərir
ABŞ prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi olmasını istəyir.
Aut.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, Tramp İnfantinonun dünyada hamı tərəfindən hörmətlə qarşılandığını düşünür. ABŞ lideri hesab edir ki, İnfantinonun insanları bir araya gətirmək üçün xüsusi qabiliyyəti var.
Məlumata əsasən, Tramp və İnfantino arasındakı yaxın dostluq münasibətləri gələcəkdə işgüzar əməkdaşlığa çevrilə bilər. BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı səsvermənin bu ilin sonunda keçirilməsi gözlənilir.
Aut.az
