“Aston Villa”dan “Çelsi”yə təklif: Onu icarəyə ver
“Çelsi”nin yarımmüdafiəçisi Alexandro Qarnaço karyerasını “Aston Villa”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, Birmingem klubu 22 yaşlı argentinalı oyunçu üçün “mavilər”ə rəsmi icarə təklifi edib və oyunçunun özü ilə də danışıqlar aparılır.
Qarnaçonun “Çelsi” ilə müqaviləsi 2032-ci ilə qədərdir. “Transfermarkt” onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
O, 2025/26 mövsümündə 43 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
