İngiltərəDünya futbolu

“Arsenal” Braziliya klubuna rəsmi təklif göndərdi

İngiltərənin “Arsenal” klubu 25 yaşlı sağ cinah müdafiəçisi Mateusinyo üçün Braziliyanın “Korintians” klubuna rəsmi təklif göndərib.

Aut.az xəbər verir ki, “Daily Arsenal” qəzetinin məlumatına görə , London klubu müdafiəsini gücləndirməkdə maraqlıdır.

“Topçular”ın baş məşqçisi Mikel Arteta oyunçunun transferi üçün çalışsa da, “Korintians” əsas oyunçularından biri ilə ayrılmaq istəmir. Braziliya klubu bu məsələdə qəti mövqeyini qoruyub saxlayır.

Lakin Mateusinyo özü transferdə israr edərsə, “Korintians” mövqeyini yenidən nəzərdən keçirməli ola bilər. Müdafiəçi bu mövsüm 13 oyunda iştirak edib və 1 qol vurub. Mateusinyo ilə “Korintians”ın müqaviləsi 2028-ci ilə qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 6 milyon avrodur.

Aut.az