Dünya futbolu

Anri argentinalılarla toqquşmadan danışdı: Çox narazıyam – VİDEO

Fransa olimpiya yığmasının baş məşqçisi Tyerii Anri Argentina ilə 2024-cü il Olimpiadasında 1/4 final oyunundan sonra baş verən qarşıdurmadan danışıb.

Aut.az xəbər verir ki, o, hadisənin hansı səbəbdən baş verdiyini bilmədini deyib:

“Rəqib məşqçinin əlini sıxmaq üçün yanına getdim. Daha sonra arxaya çevrildim və baş verənləri gördüm. Səbəbini bilmədim. Mənə dedilər ki, Enzo Milhud qırmızı vərəqə alıb. Görək o, buna layiqdirmi? Belə şeyləri xoşlamıram.

Bu artıq baş verdi. Bu heyəti korlamayacaq, amma qırmızı vərəqə mənasızdır. Bundan çox narazıyam. Xarakter sahibi olduğunu nümayiş etdirən Argentina yığmasına hörmətlə bu haqda daha çox danışmayacam. Yeganə xoşagəlməz məqam heç bir səbəb olmadan ehtiyat oyunçular skamyasında qırmızı vərəqə almaqdır”.

Qeyd edək ki, Final fitindən sonra hər iki komandanın futbolçuları, işçiləri arasında böyük toqquşma yaranıb.

Fransa Olimpiya turnirinin yarımfinalında Misirlə qarşılaşacaq.

Aut.az