“Qızıl top”un “X” hesabı kobud səhv etdi: Reaksiyası belə oldu – FOTO
Bir neçə gün əvvəl “Qızıl top”un rəsmi “X” hesabında səhvən 1986-cı ildə mükafatın qalibi kimi ukraynalı İqor Belanov deyil, Qari Lineker göstərilib.
Aut.az xəbər verir ki, Lineker sosial şəbəkələrdə buna reaksiya verib. O, zarafatla bildirib ki, qəniməti qəbul etməyə hazırdır.
“Mən bundan razıyam. Zəhmət olmasa kuboku mənə göndərə bilərsiniz?” – Lineker yazıb.
Xatırladaq ki, əfsanəvi ingilis forvard həmin il səsvermədə ikinci yeri tutmuşdu. Lineker daha əvvəl bildirmişdi ki, 1986-cı ildə “Qızıl top”u məz özü qazanmalı idi.

Aut.az
