Klopp çempionluq mübarizəsindən danışdı: Axmaq deyiləm
“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasında çempionluq titulu uğrunda mübarizədən danışıb:
“Əlbəttə, bunu niyə soruşduğunuzu başa düşürəm. Mən axmaq deyiləm. Amma cavab olduqca sadədir. “Kristal Pelas”a qarşı ilk hissədəki kimi oynayırıqsa, niyə liqanı qazanmalıyıq? İkinci hissədəki kimi oynasaq, matçlarda qalib gələ bilərik. Qələbə qazamağı bacarsaq, bunun bizi hara aparacağını görəcəyik”.
İngiltərə Premyer Liqasının 33-cü turunun oyunlarından sonra “Mançester Siti” turnir cədvəlinin lideridir. Qvardiolanın komandasının 73 xalı var. “Arsenal” ikinci, “Liverpul” isə ilk üçlüyü qapayır. Hər iki komanda “Siti”dən 2 xal geri qalır.
Aut.az
