“Barsa”nın ulduzu “Real”ın hədəfində: Vinisius yola gəlməsə…
“Real Madrid” “Barselona”nın hücumçusu Ferran Torreslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Bildirilir ki, Madrid klubu oyunçunun vəziyyətini yaxından izləyir, amma İspaniya millisinin hücumçusunu əldə etmək prioritetləri arasında deyil. Lakin vəziyyət birdən-birə dəyişə bilər, çünki “kral klubu” Vinisius Junior ilə müqaviləni yeniləməkdə çətinlik çəkir.
Yeni müqavilə razılaşdırılmasa, “Real Madrid” braziliyalı oyunçunu komandadan çıxarmağa hazırdır, ona görə də Ferran hücum xətti üçün dəstəkləyici oyunçu kimi nəzərdən keçirilə bilər.
Kataloniyalılar Torresin dəyərini və komanda üçün əhəmiyyətini nəzərə alaraq onu saxlamaq istəyirlər. “Blaugrana” gələn həftə hücumçu və onun nümayəndələri ilə oyunçunun gələcəyi ilə bağlı niyyətlərini anlamaq üçün vacib danışıqlar aparmağı planlaşdırır. Lakin Maliyyə feyr-pleyinə görə “Barselona” oyunçunun müqaviləsinin uzadılmasını sentyabr ayına qədər təxirə salmağı planlaşdırır.
Aut.az
