“Real” ona görə sərfəli təklif aldı: Peres buraxacaq?
“Real Madrid”in 32 yaşlı belçikalı qapıçısı Tibo Kurtua Səudiyyə Ərəbistanı çempionatından varlı pul klubların marağına səbəb olub.
Aut.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu “Real”a 70 milyon avro təklif edib.
Lakin qeyd olunur ki, “Real” hazırda qapıçını buraxmağa hazır deyil. Kurtua, sərfəli təklifə baxmayaraq, “Real”dan ayrılmağı düşünmür.
Aut.az
