Futbolçunu öpən prezidentin daha bir qalmaqallı FOTOSU yayıldı
İnternetdə RFEF-in (İspaniya Futbol Federasiyası) rəhbəri Luis Rubialesin qadınlar arasında dwnya çempionatının final oyunundan yeni fotosu yayılıb.
Aut.az xəbər verir ki, funksioner İspaniya millisinin və “Real”ın müdafiəçisi Atenea Beyvideni çiyninə qaldırıb və ombasından tutub.
Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi zamanı seksist qalmaqalla üzləşib.
Funksioner futbolçu Cennifer Hermosonun başını tutub və dodaqlarından öpüb.

