Səudiyyə liqası reytinqdə görün hara yüksəldi
Səudiyyə Ərəbistanı çempionatı ümumi oyunçu dəyərinə görə dünya futbolunda ilk 10-luğa daxil olub.
Aut.az xəbər verir ki, “Transfermarkt”ın dəyərləndirməsinə görə, Səudiyyə Ərəbistanı liqasında bu yay oyunçuların ümumi dəyəri 1 milyard avronu keçib.
Səudiyyə Ərəbistanı Liqası reytinqdə Erediviziyanı qabaqlayaraq 10-cu yerdə qərarlaşıb.
Ümumi oyunçu dəyərinə görə dünyanın ən yaxşı 11 liqası:
- Premyer Liqa (20 klub) – 10,48 milyard avro;
- La Liqa (20) – 4,67 milyard;
- A Seriyası (20) – 4,52 milyard;
- Bundesliqa (18) – 4,14 milyard;
- Liqa 1 (18) – 3,48 milyard;
- Braziliya çempionatı (20) – 1,46 milyard;
- MLS (29) – 1,29 milyard;
- Portuqaliya çempionatı (18) – 1,24 milyard;
- Türkiyə çempionatı (20) – 1,07 milyard;
- Səudiyyə Ərəbistanı çempionatı (18) – 1,02 milyard;
- Hollandiya çempionatı (18) – 1,01 milyard.
Aut.az
