Sabiq prezident “Barsa”nı aşağıladı: O dəyərləri itirib
“Atletik Bilbao”nun keçmiş prezidenti Aytor Elizeqi “Barselona” rəhbərliyini bask klubunun ulduzu Niko Uilyamsı transfer etməsinə görə tənqid edib.
Aut.az xəbər verir ki, Elizeqinin sözlərini “Marca” sitat gətirib.
“Barsa” bir zamanlar təmsil etdiyi dəyərlərdən çox uzaqdır. “Barselona” artıq unikal deyil. Hamımızın xatırladığı dəyərdən çox uzaqdır. Niko bura uşaq ikən gəlib, onu biz böyütmüşük. O, “Atletik”də olmaq istəmədiyini göstərəndə, bu, ağrılı olur”, – Elizeqi bildirib.
Daha əvvəl mətbuatda “Barselona”nın Uilyams üçün “Atletik”ə 58-62 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Bununla belə, klublar arasında fikir ayrılığı var, çünki Bilbao komandası transfer haqqının birdəfəlik köçürülməsini israr edir, “Barsa” isə hissə-hissə ödəmək istəyir.
Aut.az
