İspaniya

“Barsa”nın əfsanəsinin şərəfinə heykəl ucaldıldı – FOTO

İspaniyada “Barselona”nın keçmiş futbolçusu Andres İnyestanın şərəfinə heykəl açılıb.

Aut.az xəbər verir ki, açılış mərasimi yarımmüdafiəçinin yaşadığı Albasete vilayətində baş tutub.

Heykəl 2010-cu ildə İspaniya və Niderland arasında keçirilən dünya çempionatının finalında İnyestanın vurduğu qolu təsvir edir.

Yarımmüdafiəçinin 116-cı dəqiqədə vurduğu qol İspaniya millisinə dünya çempionatında qələbə qazandırıb.

“Mənə haradan gəldiyimi və getdiyim səyahəti xatırladan çox emosional və xüsusi bir gün. Hamımıza məxsus olan futbolumuz üçün tarixi bir məqamdır”, – İnyesta sosial şəbəkələrdə heykəlin açılışını şərh edib.

“Barsa”nın əfsanəsinin şərəfinə heykəl ucaldıldı – FOTO

Aut.az