İngiltərəİspaniya

“Yunayted”in ulduzu İspaniya klubunun səhmlərini aldı

 İspaniyanın “Marbella” klubu “Mançester Yunayted”in və Braziliya millisinin ulduz yarımmüdafiəçisi Kazemironun klubun səhmdarına çevrildiyini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçunun klubun səhmlərinin neçə faizini aldığı barədə məlumat verilmir.

“Marbella” 2023/2024 mövsümündə İspaniya futbolunun dördüncü divizionu olan Sequnda B-də çıxış edib. Komanda turnir cədvəlində üçüncü yeri tutaraq üst diviziona yüksəlməyi təmin edib.

Daha əvvəl bildirilmişdi ki, Kriştiano Ronaldo Kazemironu Səudiyyə Ərəbistanı çempionatına cəlb etməyə çalışır.

Aut.az